Aliexpress indi daha sərfəli – Backit Cashback


Aliexpress dünyanın ən böyük alış-veriş saytlarından biridir. Buradan sifariş etmək çox sərfəlidir. Xüsusi ilə də bəhs etdiyim Backit (köhnə adı - ePN) cashback-lə. Backit Aliexpresin rəsmi tərəfdaşıdır.
Cashback servis Backit - Aliexpress və digər populyar onlayn ticarət platformalarından alış-veriş zamanı ödədiyimiz pulun müəyyən hissəsini geri qaytaran ən yaxşı, etibarlı saytdır.
Cashback nədir???
Cashback – aldığınız malın dəyərinin bir hissəsini geri qaytaran servisdir. Backit Aliexpresin rəsmi tərəfdaşıdır (partnyorudur). Yəni burada təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Serviz Aliexpress-dən müəyyən miqdarda komissiya  alır və siz alış-veriş etdiyiniz zaman sizə də müəyyən miqdarda ödəniş edir.  Yekunda hər üç tərəf razı qalır; Aliexpress müştəri tapmış olur, servis Aliexpress-dən % alır, siz isə servisdən % almış olursuz, yəni siz də qazanırsız. Məsələn siz 100$-lıq nəsə sifariş edirsiz, sifarişinizi təhvil alandan sonra 100$-ın 2-4%-i (təxminən 2-4$) sizə qayıtmış olur. Qeyd olunan faizlər müəyyən vaxtlarda dəyişə bilər.
Cashback-dən necə istifadə etmək olar?
İlk növbədə servisdə Qeydiyyat keçmək lazımdır.
Bu qədər, qeydiyyatımız tamamlanmış sayılır.
Qeydiyyatdan keçdiyimiz e-mail və parolu yazıb şəxsi kabinetimizə daxil oluruq.. 
Və budur, şəxsi kabinetimizə daxil olmuşuq.



Cashback məbləğini artırmaq üçün menyuya daxil olaraq promokodları daxil edə bilərik. Promokodlar yalnız Cashback faizini artırmaq üçündür. Yəni olmasa belə sifariş etmək olar.
Promokodları aşağıdakı linkdən əldə etmək olar:

Bunun üçün menyuya (Активировать промокод) daxil oluruq.





Aktiv promokodu daxil edirik və aktivləşdir düyməsini sıxırıq.



Promokod aktiv edildikdən sonra əsas səhifəyə qayıdılır.

Artıq ilk sifarişimizi edə bilərik.
Mağazalar sırasından aliexpress tapıb keçid edirik.


Və Aktivləşdir düyməsini sıxırıq, bu zaman yeni pəncərədə aliexpress-ə keçid olacaq.




Və brauzer bizi aliexpress səhifəsinə yönləndirir. Və artıq burada normal qaydada sifarişlərimizi edirik. Bir məsələni də yadda saxlayın: öncədən səbətə atılmış malları sifariş edərkən və yaxud kompyuterdə adblock-lardan istifadə zamanı cashback hesablanmır. Əgər səbətdə olan malı sifariş etmək istəyirsinizsə ilk öncə onu səbətdən pozun. Bu cashback servisin öz daxili qaydalarıdır.
Sifarişi rəsmiləşdirdikdən sonra Backit-də şəxsi kabinetimizdə Sifarişlərim «Мои заказы» bölməsinə keçib, sifariş etdiyimiz məhsul üçün nə qədər cashback aldığımızı görə bilərik. 




Sifariş etdiyim məhsulu təhvil aldıqdan və aliexpressdə də müvafiq bölmədə bunu təsdiqlədikdən sonra cashback məbləği aktiv olacaq və həmin pulu istifadə edə biləcəyik. Aktiv olan pulu çıxarmaq üçün isə bizə elektron cüzdan lazımdır. Bunun üçün qiwi.com saytına daxil oluruq və qeydiyyatdan keçirik.




Açılan pəncərədə mobil nömrəmizi yazıb «Продолжить» edirik. 

Mobil telefonumuza gələn SMS-dəki kodu boş xanaya yazıb «Подтвердить» düyməsini basırıq.


Yeni açılmış profilimizə parol təyin edirik. Artıq şəxsi kabinetimiz, yəni e-cüzdanımız hazırdır. Login və parolu yazıb şəxsi kabinetimizə daxil oluruq. Keçək şəxsi kabinetimizin ayarlarına: ilkin olaraq hesabımız Rus Rublu ilə verilir. Gələcəkdə rahat olsun deyə yeni USD dollar hesabı yaradaq. Bunun üçün aşağıda şəkildə göstərdiyim kimi menyuya daxil oluruq.


Sonra açılan pəncərədə «Работа со счетами» düyməsini basırıq.


«Новый счет» yeni hesab bölməsinə keçirik.


Artıq burada valyutalar arasından USD seçib «Создать» düyməsini basırıq.


Və son olaraq da aşağıda şəkildə göstərdiyim kimi, yeni yaratdığımız USD hesabın aşağısındakı «Назначить основным» düyməsini basaraq hesabımızdakı əməliyyatların USD dollar ilə aparılmasını təmin edirik.


Bu qədər, artıq e-cüzdanımız da hazırdır. İndi isə e-cüzdanımızı Backit kabinetimizə əlavə edək. Gələcəkdə Backit ilə qazandığımız pulları bu cüzdana transfer edib növbəti alış-verişlərdə istifadə edəcəyik. Bunun üçün Backit kabinetimizdə «Выплаты» bölməsinə keçib «Мои кошельки» yarım bölməsində «Добавить кошелёк» basıb QIWI-ni seçirik və «Добавить» düyməsini sıxırıq. Və e-mail ünvanımıza keçib bu haqda gələn bildirişi təsdiqləyirik.
Sonda e-cüzdanımızı Backit kabinetimizə əlavə etdik. Artıq Backit-də yığılan pulu bu e-cüzdana göndərə bilərik. Bunun üçün «Заказать выплату» yarım bölməsində çıxarmaq istədiyimiz pulun məbləğini yazırıq, bayaq şəxsi kabinetimizə əlavə etdiyimiz e-cüzdanı (QIWI) seçib «Выплатить» düyməsini basıb əməliyyatı təsdiqləyirik. Təxminən 10-15 dəqiqədən sonra transfer etdiyimiz pul e-cüzdanımıza (QIWI) gəlmiş olacaq.


Sonda onu da deyim ki, hal-hazırda özüm də Backit servisdən istifadə edirəm. Bütün bu dediklərimi smartfonlarda Backit və Aliexpress-in mobil əlavələrini yükləyərək də etmək mümkündür. Youtube kanalımda dediklərimə ətraflı baxa bilərsiz:
Bu qədər, güman edirəm ki, yazdıqlarım sizlərə də faydalı olacaq. Hər hansı bir sual olsa müraciət edə bilərsiz.

Kompyuterlə sifariş etmək  -  https://youtu.be/1RL3o7l5LgU
Smartfonlarla sifariş etrmək  -  https://youtu.be/X88sC2y4ckA
Aliexpress-də qeydiyyat  -  https://youtu.be/NZ1_cRb2ASc
Facebook səhifəmiz - https://goo.gl/QWWBjk


Yenilənmə tarixi 23 dekabr 2021

Комментарии