Aliexpress-də QIWI və digər vasitələrlə ödəniş

Aliexpress-də sifariş edərkən ödəniş vasitəsi kimi nəinki plastik kartlardan, həm də e-cüzdanlardan və bank köçürmələrindən də istifadə etmək olar. Məsələn, QIWI ilə ödənişə baxaq. Malımızı tapırıq və adi qaydada olduğu kimi davam edirik.


Sonra ödəniş bölməsinə yönəldilirik. Burada "Другие способы оплаты" (digər ödəmə vasitələri) variantını seçib "Подтвердить и оплатить" edirik.


Burada Yandex, WebMoney ilə də ödəniş üsullarını seçə bilərik. Əgər QIWI ilə ödəmək istəyiriksə "Другие способы оплаты" seçirik.


Burada QIWI-ni seçirik.


Açılan pəncərədə Azərbaycan kodunu (+994) seçib mobil nömrəmizi (QIWI-də qeydiyyat zamanı istifadə etdiyimiz mobil nömrə) daxil edirik və "Оплатить сейчас" düyməsini basırıq. 

Bu zaman yeni pəncərə açılır və mobil nömrəmizə QIWI-dən təsdiqləmə kodu SMS vasitəsi ilə gəlir. Bu kodu yeni açılan pəncərədə daxil edib ödənişimizi təsdiqləmiş oluruq.

Mövzu ilə bağla suallar yaranarsa, cavablandırmağa çalışarıq.




Комментарии